Qızıl rekord qırır! – Bahalaşma brijada panika yaratdı
28.03.2025 04:20
2066
İqtisadiyyat
A
Qızıl rekord qırır! – Bahalaşma brijada panika yaratdı

Qlobal birjalarda qızılın qiymətində növbəti tarixi maksimum qeydə alınıb.

Aktual.ge xəbər verir ki, Tbilisi vaxtı ilə saat 16:00-da bir unsiyanın qiyməti 3,054 dolları keçib.

"Gold Price" məlumatlarına görə, son bir ay ərzində qızılın qiyməti 3.48% artıb, illik göstəricidə isə 35.06%-lik bahalaşma müşahidə olunur. Yalnız bir gün ərzində isə unsiya 1.27% bahalaşıb.

Dünyada olduğu kimi, Tbilisi qızıl birjasında da qiymətlər yüksəlib.

BPN-ə açıqlama verən Qızıl Birjası nümayəndələri bildiriblər ki, son günlər ərzində 999.9 əyar qızılın (saf qızıl) 1 qramı 5 lari bahalaşıb və 270 lariyə çatıb. İtalyan qızılı və 585 əyar qızılın da qiymətində artım müşahidə olunur.

"Qızıl çox bahalaşıb. 1 qram qızıl qırıntısının qiyməti artıq 155 laridir, zinət əşyalarının qiyməti isə 200 laridən başlayır. Saf qızılın qiyməti 270 laridir. Brend məhsullar isə daha bahadır – qramı 270 laridən başlayaraq 300 larini ötür. Təxminən bir həftə əvvəl qram qızıl 5 lari ucuz idi. Unsiyanın qiyməti artan kimi, satılan qızılın da qiyməti artır. Ticarət isə azalıb, insanlar panikadadır, qiymətlər çox bahalaşıb və artıq almırlar", - Qızıl Birjası nümayəndələri bildiriblər.

ŞƏRH YAZ
12