Türkiyədə əməliyyat: 361 nəfər saxlanıldı
07.06.2026 00:47
560
Dünya
A
Türkiyədə əməliyyat: 361 nəfər saxlanıldı

Türkiyənin 39 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 361 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərin İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi və təşkilata maliyyə dəstəyi verdiyi müəyyən edilib.

Əməliyyatlar zamanı lisenziyasız silah və sursat, sənədlər, rəqəmsal materiallar da ələ keçirilib.

ŞƏRH YAZ
0