Yaxın günlərdə yüksək temperatur fonunda Gürcüstanda vaxtaşırı qısamüddətli yağış və ildırım çaxması gözlənilir, bəzi yerlərdə dolu düşə bilər.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozuna görə, Tbilisidə gecə və axşam saatlarında ildırımla müşayiət olunan qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Sahil bölgəsi:
Batumi, Kobuleti, Anakliya, Poti: 9-10 iyun tarixlərində isti və əsasən yağıntısız hava gözlənilir, 11 iyunda isə yağış yağacaq. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali: bəzi yerlərdə qısamüddətli yağış və ildırım çaxması gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.
Kaxeti bölgəsi:
Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: bəzi yerlərdə qısamüddətli yağış və ildırım çaxması gözlənilir, havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.