AK Gürcüstanda inflyasiyanın 5,4 faiz olacağını proqnozlaşdırır
18.11.2026 11:35
206
İqtisadiyyat
A
AK Gürcüstanda inflyasiyanın 5,4 faiz olacağını proqnozlaşdırır

Avropa Komissiyasının (AK) proqnozuna əsasən, 2026-cı ildə Gürcüstanda orta illik inflyasiya 5,4 faiz təşkil edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə AK-nin hesabatında qeyd olunub.

Sənəddə deyilir ki, inflyasiyanın yüksəlməsinin əsas səbəbi qlobal bazarlarda enerji qiymətlərinin kəskin artmasıdır. Buna isə Yaxın Şərqdə baş verən münaqişə təsir göstərib.

Hesabata görə, 2026-cı ilin oktyabrında Gürcüstanda illik istehlak qiymətləri inflyasiyası 5,9 faiz təşkil edib. 2025-ci ildə bu göstərici 3,9 faiz olub.

Enerji və ərzaq qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə 2026-cı ilin oktyabrında 4 faiz səviyyəsində qeydə alınıb.

Bildirilib ki, 2026-cı ilin mayında Gürcüstan Milli Bankı pul siyasəti faiz dərəcəsini 25 baza bəndi artıraraq 8,25 faizə çatdırıb. Bu, son iki ildə faiz dərəcəsinin ilk dəfə artırılması olub.

AK-nin proqnozuna əsasən, inflyasiya təzyiqlərinin tədricən azalacağı gözlənilir. Belə ki, 2027-ci ilin ikinci yarısında inflyasiyanın 3 faizlik hədəf səviyyəsinə qayıdacağı, 2028-ci ildə isə bu səviyyədə sabit qalacağı proqnozlaşdırılır.

ŞƏRH YAZ
2