Bütün diqqətlər Tbilisiyə yönəldi: Yeni patriarx taxta çıxacaq
12.05.2026 10:34
486
Din
A
Bütün diqqətlər Tbilisiyə yönəldi: Yeni patriarx taxta çıxacaq

Paytaxt Tbilisidə yerləşən Svetitsxoveli Kafedral Kilsəsində bütün Gürcüstanın yeni seçilmiş Katolikos-Patriarxı Şio III iştirak edib.

Aktual.ge xəbər verir ki, bir neçə dəqiqə əvvəl məbəddə bayram ibadəti başlayıb.

Bayram ayini zamanı yeni seçilmiş patriarxın taxta çıxma mərasimi keçiriləcək.

Təntənəli liturgiya zamanı yeni patriarxa idarəçilik rəmzləri - patriarxal mitra, həmçinin kunkul-bartğuli (baş geyimi), xaç-panagia və əsə təqdim olunacaq.

Bu gün, mayın 12-də Gürcüstan Pravoslav Kilsəsi həmçinin Müqəddəs Apostol Andrey Pervozvannının Gürcüstana gəlişi və Gürcüstanın Müqəddəs Məryəmə pay düşməsi gününü qeyd edir. Şio IIIün sözlərinə görə, ənənəyə əsasən “seçildikdən sonra ilk bazar günü və ya böyük dini bayramda Katolikos-Patriarx mütləq ibadəti özü icra etməlidir”.

Şio IIIün taxta çıxma mərasimində hökumət və Nazirlər Kabinetinin üzvləri iştirak edirlər. Svetitsxoveli Kafedral Kilsəsində həmçinin Bidzina İvanişvili də iştirak edir.

Məlumat üçün bildirək ki, Gürcüstan Pravoslav Kilsəsi yeni Katolikos-Patriarxı dünən — 11 may tarixində Sameba Kafedral Kilsəsində keçirilən genişləndirilmiş kilsə şurasında seçib.

Ölkənin 142-ci Katolikos-Patriarxı, patriarx taxtının müvəqqəti idarəçisi, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) olub. Yepiskop Şio 22 səs toplayıb. Digər namizədlərdən Urbnisi və Ruisi yeparxiyasının mitropoliti İob 9, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs alıb. Bir səs etibarsız sayılıb.

Xatırladaq ki, bütün Gürcüstanın Katolikos-Patriarxı, mərhum II İliya 2026-cı il martın 17-də 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi məsələsi gündəmə gəlib.

ŞƏRH YAZ
0