Ağır yol qəzası: 2 ölü, 1 yaralı
30.05.2026 20:45
1719
Hadisə
A
Ağır yol qəzası: 2 ölü, 1 yaralı

Martvilidə baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.

Aktual.ge xəbər verir ki, bələdiyyənin Qaçedili kəndi yaxınlığında avtomobil binanın divarına çırpılıb, nəticədə iki nəfər dünyasını dəyişib, bir nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi əsasında aparılır. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

ŞƏRH YAZ
11