Fahişəlik şəbəkəsinə qarşı əməliyyat: 14 nəfər saxlanılıb
Bugün
233
Siyasət
A
Fahişəlik şəbəkəsinə qarşı əməliyyat: 14 nəfər saxlanılıb

Fahişəliyə təşviq və fahişəlik üçün yer vermək ittihamı ilə 14 nəfər saxlanılıb, 9 obyekt möhürlənib. 

Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Qriqol Qoqoçaşvili keçirdiyi brifinqdə bildirib.

O diqqətə çatdırıb ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də Çin və Tayland vətəndaşları var.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birlikdə Tbilisi və Kutaisidə hakimin qərarı əsasında həyata keçirilən polis tədbiri nəticəsində fahişəliyə təşviq və fahişəlik üçün yer vermək ittihamı ilə 14 nəfəri saxlayıb, 9 obyekti möhürləyiblər.

Hüquq-mühafizə orqanları tərəfindən sözügedən cinayət işi üzrə onlarla kompleks istintaq tədbiri, o cümlədən gizli audio və video çəkilişlər həyata keçirilib. Toplanan materiallar əsasında təqsirləndirilən şəxslərin cinayət fəaliyyəti təsdiqlənib.

İstintaq nəticəsində müəyyən edilib ki, obyekt sahibləri və administratorları öz nəzarətlərində olan ərazilərdə xarici ölkə vətəndaşlarını işə cəlb edib və onları fahişəliyə təşviq ediblər. Onlar Tbilisi və Kutaisidə yerləşən obyektləri müəyyən məbləğ qarşılığında sistemli şəkildə fahişəlik məqsədilə təqdim ediblər.

Əldə olunan sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər fahişəliyə cəlb olunan qadınlara müştəri tapmaqda da kömək edib, bunun müqabilində isə əldə olunan pulun bir hissəsini özləri götürüblər.

Toplanan sübutlar təsdiq edir ki, obyektlərin əsas gəlir mənbəyi fahişəliyin təşviqindən əldə olunan vəsait olub.

İstintaq Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci və ikinci hissələri ilə aparılır. Bu maddə 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0