Baş nazir ilk dəfə amerikalıların Bidzina İvanişvilidən nə istədiklərini açıqladı
Bugün
262
Siyasət
A
Baş nazir ilk dəfə amerikalıların Bidzina İvanişvilidən nə istədiklərini açıqladı

[Amerikalılar] Bidzina İvanişvilidən görüş zamanı siyasətə qayıtmasını və hakimiyyətə təsir göstərməsini xahiş edirdilər.

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze “Girçi” partiyasının liderlərindən biri olan Sandro Rakviaşvilinin sualına cavab olaraq bildirib.

“Siz ölkəni müharibəyə sürükləmək cəhdindən danışdınız. Niyə amerikalılar həmin vaxt heç bir vəzifə tutmayan Bidzina İvanişvili ilə görüşmək istəyirdilər?” - sualına cavab verən İrakli Kobaxidzenin sözlərinə görə, amerikalılar Bidzina İvanişvili ilə görüş zamanı “müharibə” sözünü işlətmirdilər.

“Əsas mesajın nə olduğunu, ondan nə istədiklərini deyim? Siyasətə qayıtmasını və hakimiyyətə təsir göstərməsini. Sualınıza cavab budur. Həmin görüşdə Bidzina İvanişvilidən siyasətə qayıtması və hakimiyyətə təsir göstərməsi istənilirdi. Deyirdilər ki, bunlar nə etməli olduqlarını bilmirlər. Orada ‘müharibə’ sözü çəkilmirdi, amma deyilən bu idi ki, onlar nə etməli olduqlarını bilmirlər və siz qayıdıb edilməli olanları etdirməlisiniz. Görüşdə məhz bu sözlər səsləndirilmişdi.

Əvvəl başqa görüşlər olmuşdu, sonra isə üçüncü görüş keçirildi. Həmin görüşdə də ‘müharibə’ sözü çəkilmirdi, amma deyilirdi ki, siyasətə qayıt və görülməli olan işləri gör”, – deyə İrakli Kobaxidze bildirib.

ŞƏRH YAZ
0