Marneulidə Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümü qeyd olunub
24.11.2026 17:40
213
Mədəniyyət
A
Marneulidə Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümü qeyd olunub

Marneulidə yerləşən Çay Evində fəaliyyət göstərən “Azərbaycan və İncəsənət Klubu” çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbir noyabrın 24-də baş tutub.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və zəngin sənət irsi haqqında iştirakçılara məlumat verilib.

Proqram çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edən film də nümayiş olunub.

ŞƏRH YAZ
7