Konstitusiya Məhkəməsi 5 müxalif partiyanın qadağan edilməsi ilə bağlı iddianın baxılmasını təxirə salıb
Bugün
69
Siyasət
A
Konstitusiya Məhkəməsi 5 müxalif partiyanın qadağan edilməsi ilə bağlı iddianın baxılmasını təxirə salıb

Konstitusiya Məhkəməsində “Gürcü Arzusu”nun 5 müxalif siyasi partiyanın qadağan edilməsi ilə bağlı iddiasına baxılması noyabrın 30-dək təxirə salınıb.

Aktual.ge-nin məlumatına görə, növbəti məhkəmə iclası noyabrın 30-da, saat 12:00-da keçiriləcək. İclasın təxirə salınmasına hakimlərdən birinin atasının vəfat etməsi səbəb olub.

Qeyd edək ki, iddiaya baxılmasına oktyabrın 21-də başlanılıb. İşə Konstitusiya Məhkəməsinin 7 hakimdən ibarət Plenumu baxır. İddia parlamentin 88 deputatı tərəfindən imzalanıb.

Məhkəmədə “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan”, “Federalistlər” və “Gürcüstan naminə” partiyalarının konstitusiyaya zidd elan edilməsi məsələsinə baxılır.

İddiaya parlamentin XI çağırışında yaradılmış müvəqqəti istintaq komissiyasının rəyi də əlavə olunub.

ŞƏRH YAZ
0