Gürcüstan XİN rəhbəri Əli Əsədov ilə görüşüb
Bugün
90
Siyasət
A
Gürcüstan XİN rəhbəri Əli Əsədov ilə görüşüb

Gürcüstanın Baş nazirinin müavini, Xarici İşlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Əli Əsədovla görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat verib.

Bildirilib ki, görüşdə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının prioritet istiqamətləri müzakirə olunub.

"Tərəflər ticarət-iqtisadiyyat, investisiya və logistika sahələrində əldə olunan irəliləyişləri, eləcə də gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı müntəzəm səfərlərin əhəmiyyəti vurğulanıb.

Regional əlaqələrin və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından birgə layihələrin inkişaf etdirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib. Tərəflər regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinin əhəmiyyətini, həmçinin bu istiqamətdə region ölkələrinin ortaq maraqlarını qeyd ediblər.

Azərbaycanın Baş naziri Əli Əsədov Poniçalada baş vermiş faciə ilə əlaqədar Gürcüstan hökumətinə və gürcü xalqına başsağlığı verib" , - məlumatda bildirilib.

ŞƏRH YAZ
0