Tbilisidə Rusiya vətəndaşı saxlanılıb
Bugün
147
Siyasət
A
Tbilisidə Rusiya vətəndaşı saxlanılıb

Tbilisidə, Ortacala ərazisində yerləşən kafedə oturan insanların üzərinə eyvandan sidik ifraz edən Rusiya vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 Məlumata görə, şəxs İnzibati Xətalar Məcəlləsinin 166-cı və 171-ci maddələri ilə inzibati qaydada saxlanılıb.

Hadisə zamanı kafedə olan şəxslərdən biri olayı videoya çəkib. Şahidlərin sözlərinə görə, kişi sərxoş vəziyyətdə olub və hərəkətini hamam otağının məşğul olması ilə izah edib.

Hadisə yerinə polis çağırılıb və Rusiya vətəndaşı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
0