Sərxoş sürücülərlə bağlı yeni qayda qüvvəyə minib
Bugün
177
Siyasət
A
Sərxoş sürücülərlə bağlı yeni qayda qüvvəyə minib

Gürcüstanda sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə sürücülük hüququ dayandırılan şəxslər qərardan şikayət verdikləri müddətdə də nəqliyyat vasitəsi idarə edə bilməyəcəklər.

Aktual.ge xəbər verir ki, yeni dəyişiklik İnzibati Xətalar Məcəlləsinə daxil edilib və avqustun 31-dən qüvvəyə minib.

Məcəllənin 116-cı maddəsinə əsasən, sürücünün qanında etanolun miqdarı 0,3 promildən çox, 0,7 promildən çox olmadıqda sürücülük hüququ 6 ay müddətinə dayandırılır.

Etanolun miqdarı 0,7 promildən çox olduqda və ya sürücü tibbi müayinədən keçməkdən yayındıqda isə sürücülük hüququ 1 il müddətinə dayandırılır.

Əvvəllər sürücü bu qərardan şikayət verdiyi müddətdə avtomobil idarə edə bilirdi. Yeni qaydaya əsasən isə şikayətin verilməsi sürücülük hüququnun dayandırılmasını dayandırmır.

Yəni qərardan şikayət edilsə belə, sürücü müəyyən edilmiş müddət ərzində avtomobil idarə edə bilməyəcək.

ŞƏRH YAZ
2