Kateqoriyalar
Qardabani bələdiyyəsində heyvan kəsimi ilə məşğul olan müəssisədə pozuntular aşkarlanıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat verib.
Bildirilib ki, Agentliyin Kvemo Kartli üzrə əməkdaşları Sarticala kəndində fərdi sahibkar E.G.-yə məxsus kəsimxanada yoxlama aparıblar.
Yoxlama zamanı müəssisədə dəfələrlə kritik uyğunsuzluqlar müəyyən edilib. Həmçinin sahibkarın məcburi tanınma və qeydiyyat olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Pozuntulara görə sahibkar cərimələnib və istehsal prosesi dayandırılıb.
