Marneulidə bədbəxt hadisə | 23 yaşlı gənc həyatını itirib
Bugün
3400
Siyasət
A
Marneulidə bədbəxt hadisə | 23 yaşlı gənc həyatını itirib

Marneulinin Təzəkənd kənd sakini, 23 yaşlı gənc ürək tutması nəticəsində həyatını itirib.

Aktual.ge xəbər verir ki, gəncin evdə qəfil halı pisləşib. Yaxınları təcili tibbi yardım çağırsa da, vəziyyətin ağır olması səbəbilə onu öz avtomobilləri ilə xəstəxanaya aparmağa çalışıblar.

Gülbahar restoranının yaxınlığında təcili tibbi yardım avtomobili ilə qarşılaşıblar, Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Gənc hadisə yerində dünyasını dəyişib.

ŞƏRH YAZ
13