Kateqoriyalar
"Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasında maraqlıdır".
Aktual.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Serqey Lavrov Rusiya və Belarus xarici işlər nazirliklərinin kollegiyalarının birgə iclasının yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.
Rusiya XİN rəhbəri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin bu yaxınlarda Rusiya ilə təmaslardan qorxmaq lazım olmadığı barədə səsləndirdiyi bəyanatı da alqışlayıb.
Serqey Lavrov bunun Gürcüstan xalqının, eləcə də Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin maraqlarına cavab verən praqmatik yanaşma olduğunu vurğulayıb.