Tsaqeri bələdiyyəsinin Lailaşi kəndində torpaq sürüşməsi baş verib.
Aktual.ge xəbər verir ki, bununla bağlı Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata görə, noyabrın 26-da gecə saatlarında Tsaqeri bələdiyyəsinin Lailaşi kəndində torpaq sürüşməsi baş verib. Hadisədən sonra ölkənin müvafiq xidmətləri tərəfindən əhali operativ şəkildə təbii fəlakət zonasından təhlükəsiz əraziyə təxliyə edilib.
Agentliyin izahına görə, son dövrlərdə bölgəyə yağan intensiv yağışlar nəticəsində əvvəllər müvəqqəti sabitləşmiş genişmiqyaslı sürüşmə sahəsinin ayrı-ayrı hissələrində yenidən aktivləşmə qeydə alınıb. Nəticədə 17 yaşayış evinə və həyətyanı torpaq sahəsinə ziyan dəyib.
“Ətraf Mühit üzrə Milli Agentliyin geoloqlar qrupu səhər saatlarından hadisə yerindədir. Məqsəd mövcud vəziyyətin vaxtında qiymətləndirilməsidir. Agentliyin mütəxəssisləri ətraf əraziləri, eləcə də hər bir sakinin həyətyanı torpaq sahəsini və yaşayış evini qiymətləndirirlər.
Təhlükəsizliyin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq bölmələri də hadisə yerindədir. Müxtəlif illərdə Agentliyin geoloqları Lailaşi kəndinin ərazisində həm infrastruktur obyektlərini, həm də həyətyanı torpaq sahələrini qiymətləndirib və müvafiq tövsiyələr veriblər.
Agentliyin mütəxəssisləri hadisə yerində qalır, həm təbii fəlakət zonasında, həm də ətraf ərazilərdə monitorinq aparırlar”, – deyə məlumatda bildirilir.