Kateqoriyalar
Gürcüstanın Acara, Sameqrelo və Şida Kartli bölgələrində 15 qanunsuz valyuta mübadilə məntəqəsi aşkarlanıb.
Aktual.ge xəbər verir ki, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, həmin məntəqələr Gürcüstan Milli Bankının müvafiq icazəsi olmadan fəaliyyət göstərib.
Məhkəmə qərarı əsasında 15 ünvanda axtarış aparılıb, 356 min laridən çox Gürcüstan və xarici valyuta, kompüter avadanlığı və digər inventar müsadirə edilib.
Araşdırma çərçivəsində 16 nəfərə qarşı cinayət işi başlanıb, onlardan 9-u həbs olunub. Digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.
İş Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi əsasında araşdırılır. Maddə 3 ildən 5 ilədək həbs cəzasını nəzərdə tutur.