Sahibsiz itlər, yollar və kanalizasiya: Marneulidə sakinlərdən şikayət edir - VİDEO
01.10.2026 14:15
117
Siyasət
A
Sahibsiz itlər, yollar və kanalizasiya: Marneulidə sakinlərdən şikayət edir - VİDEO

Marneulinin Qobuleti küçəsində sahibsiz itlərlə bağlı problem yaşanır.

Marneulinin Qobuleti küçəsində sahibsiz itlərin sayı artıb və bu vəziyyət getdikcə sakinlər üçün ciddi təhlükəyə çevrilir.

Yerli sakinlərin sözlərinə görə, sahibsiz itlər, xüsusilə də azyaşlılar üçün təhlükə yaradır. Küçədə itlərin insanlara hücum etdiyi hallar sakinlər arasında narahatlıq və təşvişə səbəb olub.

Sakinlər bildirirlər ki, küçədə yalnız sahibsiz itlər deyil, yol problemi də ciddi çətinlik yaradır. Onlar aidiyyəti qurumlardan mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsini istəyirlər.

Daha ətraflı Salo Salahlının video xəbərini təqdim edirik:

ŞƏRH YAZ
0