Batumidə baş verənlərlə bağlı diqqətlərin yönəldiyi Baş nazirdən AÇIQLAMA
Bugün
296
Siyasət
A
Batumidə baş verənlərlə bağlı diqqətlərin yönəldiyi Baş nazirdən AÇIQLAMA

"Çox ağır təxribatlar baş verib. Hər bir polis əməkdaşı bizdən xüsusi təşəkkürə layiqdir".

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze media nümayəndələrinə açıqlamasında bildirib. 

O, bununla “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyun zamanı baş verən insidentlərə münasibət bildirib.

Baş nazirin sözlərinə görə, türk azarkeşlərin əksəriyyəti Gürcüstan tərəfinin təklifini çox ləyaqətli şəkildə qəbul edib və ölkəyə yüksək mədəniyyətlə gəlib. Bununla belə, təxribatçı hərəkətləri ilə seçilən bir neçə yüz azarkeş də olub.

“İlk növbədə polis əməkdaşlarına və daxili işlər nazirinə təşəkkürümü bildirməklə başlamaq istəyirəm. Onlar son dərəcə ağır təxribatlar şəraitində asayişi qorumaq və təxribatların qarşısını almaq üçün əllərindən gələni etdilər. Onların hər biri, hər bir polis əməkdaşı bizim tərəfimizdən xüsusi təşəkkürə layiqdir. Çox ağır təxribatlar baş verib.

Təəssüf doğuran haldır ki, belə hadisələrdən yanlış ritorika və yanlış mesajlar üçün istifadə etməyə çalışan çoxlu insan var. Bu hadisə də həmin baxımdan istisna olmadı.

Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, söhbət futbol matçının keçirilməsindən gedəndə biz türk dostlarımıza unikal imkan təklif etdik: 'ölkə hüdudlarından kənarda, lakin dolu tribunalar qarşısında bu futbol matçını bizim ölkəmizdə keçirmək imkanı'. Başqa bir ölkədə onlara belə bir imkan yaradılmazdı.

Təbii ki, risklərin mövcud olmasına baxmayaraq, iki ölkəni - Gürcüstanı və Türkiyəni birləşdirən sıx dostluq münasibətlərini nəzərə alaraq, bu dostluq jestini etdik.

Türk azarkeşlərin əksəriyyətinin təklifimizi çox ləyaqətli şəkildə qəbul etməsindən və ölkəmizə yüksək mədəniyyətlə gəlməsindən məmnunam. Lakin özünü təxribatçı hərəkətləri ilə fərqləndirən bir neçə yüz azarkeş də var idi. Açığı, onları heç azarkeş də adlandırmazdım.

Azarkeşlərə bu cür təklif etdikdə, onların buna yanlış hərəkətlərlə cavab verməsi bizim üçün çox üzücü və məyusedici oldu. Bu, həqiqətən də, qəlbimizi ağrıdan və təəssüf doğuran haldır.

Bununla belə, sonda polis asayişin qorunmasını təmin etdi. Bu, bizim məsuliyyətimiz idi. Bir daha bütün polis əməkdaşlarına təşəkkür edirəm.

Bütün gürcü təxribatçılarına, konkret olaraq, bu cür hadisələrdən təxribat xarakterli bəyanatlar vermək üçün istifadə edən radikallara müraciət edirəm: Gürcüstanın maraqlarını maksimum dərəcədə qorusunlar və təxribatçı, utancverici bəyanatlardan çəkinsinlər”, - deyə Baş nazir qeyd edib.

ŞƏRH YAZ
1