Kateqoriyalar
UEFA Avropa Liqasının beşinci turu çərçivəsində İsrailin “Hapoel Beer-Sheva” komandası ilə Batumidə qarşılaşan Türkiyənin “Beşiktaş” klubunun azarkeşlərinə qarşı baş verən insidentdən sonra Türkiyənin xarici işlər naziri gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.
Aktual.ge xəbər verir ki, bu barədə hökumətə yaxın “Haberler.com” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
"Bu çərçivədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefon danışığı aparıb. Görüş zamanı oyun zamanı azarkeşlərə qarşı edilən müdaxilə və baş verən son hadisələrin müzakirə olunub" , - nəşrin məlumatında qeyd olunub.