Batumidə gərgin qarşılaşma:
Bugün
87
İdman
A
Batumidə gərgin qarşılaşma: "Beşiktaş" rəqibini məyus etdi

UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Türkiyənin "Beşiktaş" klubu İsrailin "Hapoel Beer-Şeva" komandasını 2:1 hesabı ilə məğlub edib.

Aktual.ge xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena" stadionunda keçirilən qarşılaşmada hesabı 75-ci dəqiqədə Junior Olaytan açıb.

15 dəqiqə sonra Orkun Kökçü Duşan Vlahoviçin ötürməsini qola çevirərək fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə Ceyvon İst fərqi azaltsa da, hesabın dəyişməsinə nail ola bilməyib.

Bu qələbədən sonra "Beşiktaş" 10 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Hapoel Beer-Şeva" isə bir xalla 35-ci yerdədir.

UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması tribunada baş verən hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırılıb.

Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan matçda polislə  "Beşiktaş" azarkeşləri arasında qarşıdurma yaşanıb və bundan sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.

İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.

Qarşılaşma qaldığı yerdən - 25-ci dəqiqədən davam edib.

ŞƏRH YAZ
0