“Təxribatçı bannerlərdən stadionda istifadə olunsaydı, vəziyyət idarəolunmaz ola bilərdi” | DİN rəhbəri
27.11.2026 23:56
94
Siyasət
A
“Təxribatçı bannerlərdən stadionda istifadə olunsaydı, vəziyyət idarəolunmaz ola bilərdi” | DİN rəhbəri

“Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına təşəkkürümü bildirmək istəyirəm. Onlar dünən bizi faktiki olaraq çox böyük, gözlənilən təhlükədən xilas etdilər və polis tədbirinin öhdəsindən layiqincə gəldilər".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Daxili İşlər naziri Sulxan Tamazaşvili bildirib.

Nazirin sözlərinə görə, o, türk həmkarı ilə telefon danışığı apararkən görüntüləri lentə almayıb. 

"Bizim vəzifəmiz həmin ərazidə ictimai asayişi qorumaq idi. Hesab edirəm ki, əməkdaşlarımız bu vəzifənin öhdəsindən çox layiqli şəkildə gəldilər və onlara təşəkkür etmək istəyirəm.

Təəccüblüdür ki, mən də həmin səs yazısına qulaq asdım. Mən öz söhbətimizi qeydə almamışam, amma əgər qeydə alsaydım, bu gün mütləq onun tam versiyasını yayar və paylaşardım. Həmçinin söhbətin daha maraqlı hissəsinə diqqət çəkərdim. Həmin hissədə həmkarıma günün ilk yarısında artıq məlumatımızın olduğunu bildirmişdim: azarkeşlər sosial şəbəkələrdə təxribatçı məzmunlu bannerlər yerləşdirmiş və həmin bannerlərin qarşısında şəkil çəkdirmişdilər. Bu isə ölkəmiz üçün təhqiredici idi. Biz bunun qarşısını effektiv şəkildə aldıq.

Sərhəddə həmin bannerlərin ölkəyə gətirilməsinin qarşısı alındı. Təxminən 100-ə yaxın çirkin və təxribatçı məzmunlu banner, onların bəziləri çox böyük ölçüdə olmaqla, aşkar edilərək müsadirə olundu. Bununla bağlı matçdan əvvəl polis attaşeləri vasitəsilə məlumat mübadiləsi aparıldı və həmkarlarımız bizə təşəkkür də etdilər.

Məhz bu məlumatı həmkarımla bölüşdüm və ona izah etdim ki, əgər bu məzmunlu bannerlər matç zamanı stadionda istifadə olunsaydı, proseslər həqiqətən də idarəolunmaz hala gələ bilərdi... Səhv etmirəmsə, saat 14-15 radələrində bu bannerlər açıq mənbələrdə yayımlandı, axşam isə onların istifadəsinin qarşısı artıq alınmışdı. Matç zamanı stadionda heç bir banner istifadə edilmədi. Bu isə qürurverici haldır” , - deyə DİN rəhbəri qeyd edib və əlavə edib:

"Dünən baş verən hadisələr nəticəsində Xüsusi Tapşırıqlar Departamentinin 4 əməkdaşı xəsarət alıb".

ŞƏRH YAZ
1