Bugün
35
Siyasət
A
"USAID Gürcüstanda inqilabi proseslərin təşviqində birbaşa iştirak edib" | Kobaxidze

"USAID Gürcüstanda inqilabi proseslərin təşviqində, Mərkəzi Seçki Administrasiyasına hücumda birbaşa iştirak edib".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

Hökumət başçısının sözlərinə görə, dərc olunmuş sənədlər bu faktı bir daha aydın şəkildə ortaya qoyub.

“Bildiklərimiz bir daha təsdiqini tapdı. USAID Gürcüstanda inqilabi proseslərin təşviqində, Mərkəzi Seçki Administrasiyasına hücumda birbaşa iştirak edib. Bu, yeni məlumat deyil, sadəcə dərc olunmuş sənədlər bunu bir daha aydın şəkildə ortaya qoydu”, – deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
2