Bu gün Tbilisidə mitinq keçiriləcək
28.11.2026 10:53
179
Siyasət
A
Bu gün Tbilisidə mitinq keçiriləcək

Bu gün Tbilisidə etiraz yürüşü və mitinq keçiriləcək.

Aktual.ge xəbər verir ki, bugünkü aksiya Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinin dayandırılması barədə bəyanatından sonra fasiləsiz etiraz aksiyalarının başlanmasının ikinci ildönümünə həsr olunacaq.

Aksiya iştirakçıları saat 19:00-da ilkin olaraq iki fərqli məkanda toplaşacaqlar. Vətəndaşların və siyasətçilərin bir qismi Tbilisi Dövlət Universitetinin (TSU) qarşısına gələrək yürüşə buradan başlayacaq. Digər qrup isə etiraz yürüşünə Avlabari metro stansiyasının ərazisindən start verəcək. Yürüş Azadlıq meydanı istiqamətində davam edəcək.

Xatırladaq ki, 2024-ci il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dayandırdığını bəyan edib. Bu açıqlamadan sonra ölkədə etirazlar və gündəlik aksiyalar başlayıb.

Aksiyalar çərçivəsində onlarla şəxs saxlanılıb və barələrində cinayət təqibi başlanıb. Etiraz iştirakçıları bir ildir ki, yeni parlament seçkilərinin təyin olunmasını və saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

ŞƏRH YAZ
1