Kateqoriyalar
Axmeta bələdiyyəsində baş verən yol qəzasında gənc oğlan həyatını itirib.
Aktual.ge xəbər verir ki, Kistauri kəndində iki minik avtomobili toqquşuşması nəticəsində 35 yaşlarında oğlan hadisə yerində həyatını itirib, daha üç nəfər isə xəsarət alıb.
Müxtəlif bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.